Hadisənin qurbanları dörd kişi və bir qadın olub
Şimali Karolinanın Sempson dairəsində silahlı insidentdə 5 nəfər ölüb. Xeberdar.net-in mlumatına görə,bu barədə NBC-nin yerli şöbəsi məlumat yayıb.
Bildirilib ki, insident çərşənbə günü baş verib. Meyitlər yerli vaxtla 23:41-də tapılıblar. Qeyd olunub ki, hadisənin qurbanı yaşı 50-80 arası olan dörd kişi və bir qadın olub.
Polis hesab edir ki, olayın baş verdiyi ev narkotik ticarəti üçün istifadə olunmuş ola bilər.