Lerikin bəlalı problemi - Polietilen torbalar və iylənmiş ərzaq məhsulları...

253 21-11-2023, 10:31 bolge

Lerikin bəlalı problemi - Polietilen torbalar və iylənmiş ərzaq məhsulları...Polietilen torbaların insan sağlamlığı üçün təhlükəni hamı yaxşı başa düşür. Amma bilə-bilə, şüurlu surətdə biz bu zərərdən yaxa qurtara bilmirik. Uzatmadan deyə bilərəm ki, bunun birinci səbəbi ictimai iaşə və xidmət obyektlərində, xüsusilə də super marketlərdə çalışanların daha çox qazanmaq istəyindən irıli gəlir.

Dövlət başçısının insan sağlamlığına ziyan vuran, ətraf mühitə mənfi təsir göstərən, düşən yeri illərlə zəhərləyən plastik torbalardan, eləcə qablardan imtina barədə Sərəncamı vardır. Qalınlığı 15 mikrona qədər olan bütün polietilen vəsaitləri ticarət obyektlərdə istehlakçıya satılması və verilməsi qadağan edilib. Təəssüf ki, Prezidentin imzaladığı bu, vacib Sərəncamından irəli gələn qaydalara əməl olunmur. Əksinə həmin vəsaitləri müştəriyə pulla satmaqla özlərinə əlavə zəhmətsiz qazanc götürürlər. Onu da bildirim ki, böyük şirkətlərdə plastik torbalar 5 qəpiyə satılırsa, Lerikin dağ kənd dükanlarında 10 qəpiyə güclə alıcıya sırıyır. Hər alınan ərzağa həmin torbalardan 2-3 ədədi bükülür. Odur ki, ərzaqların iki-üç dəfə baha qiymətə satılması bir yana qalsın, həyatını zəhərləyən 15 mikron polietilen torbalara görə, kənd tacirlərin dili ilə desək, 2 manat artıq “tərləməli” olursan...

Lerikin kənd dükanlarında hökm sürən daha bir məsələyə toxunmaq istəyirəm. Bəli, sovet dağılıb dövlətin nəzarətində olan mağazalar yoxa çıxanda dağlar diyarının kəndlərində imkanlı adamlar tərəfində dükanlar təşkil olundu. Elə həmin dükanlar kəndlinin uzun müddət qoruyub saxladığı halala haram qatdı. Dükançılar öz başına qiymətləri qaldırdılar və fağırın son qəpiyini əlində almaqla, haram pullar hesabına “bəy” oldular. İndi 30 ilə yaxındır vəziyyət belə davam edir. Gəl ki, rayonda dükançı “bəylərin ” xətrinə dəyən tapılmır. Nəticədə qorxmadan, həmçinin dövlətin verdiyi qanunlarını saya salmadan get-gedə fəaliyyətlərini geniş şəkildə aparırlar.

Bir də kənd dükanlarında heç vaxt qıtlıq görməzsən. İstəsən quş südü də tapa bilərsən. Amma ərzaq məhsulların istehsal tarixinə gələndə, hamısının vaxtı çoxdan keçmış olur. Hətta dükançı “bəylər ” iylənmişi də dövlətin ünvanına böhtan söyləməklə sata bilirlər. Bu işə ən çox məsul olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentinin əməkdaşları isə “bəylərin” saqqalından utandığı üçün, eləcə hörmət əlaməti olaraq dükanlarına gəlib onları narahat etmək istəmirlər...

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

XƏBƏR LENTİ