Azərbaycan Çexiyaya başsağlığı verib

104 22-12-2023, 10:29 dunya

Azərbaycan Çexiyaya başsağlığı veribUniversitetindəki atışma nəticəsində azı 15 nəfər ölüb

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib. Xeberdar.net-in məlumatına görə, bununla bağlı XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Çexiyanın Praqa şəhərindəki Çarlz Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - XİN-dən bildirilib.

Qeyd edək ki, Praqa şəhərindəki Karlov Universitetindəki atışma nəticəsində azı 15 nəfər ölüb, 24 nəfər yaralanıb.

XƏBƏR LENTİ