Bakıda fəaliyyət göstərən 239 nömrəli orta məkətəbin direktoru Nisə Fərəcova ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb.
Xeberdar.net Qaynarinfo-ya istinadla xəbər verir ki, qurum direktor barəsində inzibati iş başlayıb. Nisə Fərəcova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə ittiham olunub və cərimələnib.
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi barədədir. Maddədə inzibati cəza növü olaraq vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Nisə Fərəcovanın konkret hansı məbləğdə cərimələndiyi barədə məlumat yoxdur.
Direktor qurumun qərarı ilə razılaşmayaraq məhkəməyə üz tutub. Onun Səbail Rayon Məhkəməsində baxılacaq. Ülviyyə Şükürova iş üzrə hakim təyin edilib.