İrəvandan Bakıya çağırış: Əməkdaşlığı gücləndirək!

88 27-01-2024, 12:28 dunya

İrəvandan Bakıya çağırış: Əməkdaşlığı gücləndirək!Ermənistanın Əsir, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyası Azərbaycan tərəfinə əməkdaşlığı gücləndirmək çağırışı edib.

Xeberdar.net-in məlumatına görə, bu barədə komissiyanın bəyanatında bildirilib.

“Ermənistan dəfələrlə, o cümlədən yüksək səviyyədə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib”, - bəyanatda vurğulanıb.

Komissiya qeyd edib ki, 90-cı illərin əvvəllərindən 993 erməni - Ermənistan vətəndaşı və Qarabağ ermənisi itkin düşmüş hesab edilib və İrəvan onların taleyinə aydınlıq gətirməkdə maraqlıdır.

Xatırladılıb ki, 90-cı illərdə həlak olmuş 140 azərbaycanlının cənazəsi Bakıya təhvil verilib.

“Ermənistan 2020-ci ilin noyabrından başlayaraq 44 günlük müharibədə həlak olan 51 azərbaycanlının, o cümlədən 90-cı illərdə həlak olmuş 50-yə yaxın insanın cəsədinin mümkün dəfn olunduğu yerləri göstərən topoqrafik materialları Azərbaycana verib”, - bəyanatda iddia edilib.

Qeyd edək ki, 90-cı illərdə itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dəfələrlə Ermənistana çağırış edib.

XƏBƏR LENTİ