Müharibə bitəndə Ukraynada nə qədər əhali qalacaq? – “Vəziyyət çox pisdir”

100 23-05-2024, 11:07 dunya

Müharibə bitəndə Ukraynada nə qədər əhali qalacaq? – “Vəziyyət çox pisdir”Rusiyanın başlatdığı işğalçılıq müharibəsi Ukrayna əhalisinin xeyli sayda azalması ilə nəticələnib.

“AzPolitika” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun baş direktoru Vladimir Paniotto yerli mətbuata açıqalmasında ən pis ssenaridə müharibə bitən tarixə Ukraynada 25 milyon əhaliinin qalacağını deyib. Ancaq əhalinin sayının bu dərəcədə azalması cəbhədəki itkilərdən daha çox ölkəni tərk edənlərin sayı ilə bağlıdır.

Belə ki, cəbhədə həlak olanların sayı ölkədən gedənlərin sayı ilə müqayisədə cüzidir: “Demoqrafik vəziyyətimiz çox pisdir, eyni zamanda, cəbhədə ölənlərin sayı xaricə gedənlərin sayı ilə müqayisə oluna bilməz”.
Paniotto qeyd edib ki, hazırda 6 milyona yaxın ukraynalı qaçqın kimi Avropada, daha 1-2 milyonu isə Rusiyadadır. Hesablamalara görə, Ukraynaya bir daha qayıtmayacaq ukraynalıların sayı hər ay 100-150 min nəfər artır: “Beləliklə, demoqrafik nöqteyi-nəzərdən bizim əsas itkilərimiz geri qayıtmayacaq insanlardır. Demoqraflar deyirlər ki, ən pis halda müharibə bitdikdən sonra ölkədə 25 milyona yaxın insan qala bilər”.

Onun sözlərinə görə, qaçqınların geri qayıtmaması problemini Ukraynada qalan vətəndaşların onlara qarşı mənfi münasibəti daha da gücləndirir. Xatırladaq ki, rəsmi statistikaya görə, müharibə başlayan günə Ukraynanın əhalisi 41 milyon nəfərdən çox olub.

Xeberdar.net

XƏBƏR LENTİ