13:31
"28 May" metrostansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə Xeberdar.net-ə Bakı Metropoliteni QSC-dən bildirilib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.
***
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, "28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb.
Onun xarici görkəminə görə 65-70 yaş arasında kişi olduğu bildirilib.
Qurum hazırda Bakı metrosunda qatarların hərəkətinin bərpa olunduğu qeyd edib.