İyunun 2-də bütün Ukraynada elektrik enerjisinin verilişində fövqəladə kəsilmə başlayıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə “Yasno” eketrik şirkətinin direktoru Sergey Kovalenko məlumat verib.
“Bütün ölkə ərazisində elektrik enerjisinin verilişində kəsilmələr başlayıb. Qrafik yoxdur”, - Kovalenko bildirib.
O, sakinləri də diqqətli olmağa çağırıb və problemin aradan qaldırılmasının bir neçə saat çəkəcəyi ilə bağlı xəbərdarlıq edib.