Növbəti 2 gündə maksimal temperatur...

249 5-06-2024, 13:50 cemiyyet

Növbəti 2 gündə maksimal temperatur...İyunun 6-7-də Azərbaycanda müşahidə ediləcək maksimal temperatur açıqlanıb.

Bu barədə Xeberdar.net-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sözügedən tarixlərdə havanın maksimal temperaturunun 31-36°, bəzi yerlərdə 38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə havanın maksimal temperaturunun Naxçıvan MR və aran rayonlarında 35-38°, bəzi yerlərdə 40°isti, dağlıq rayonlarda 20-25°, bəzi yerlərdə 28-30° isti olacağı gözlənilir.

XƏBƏR LENTİ