“Cərimələr minimum əməkhaqqı və təqaüdlə uzlaşmalıdır” – İqtisadçı

258 14-06-2024, 09:37 cemiyyet

“Cərimələr minimum əməkhaqqı və təqaüdlə uzlaşmalıdır” – İqtisadçı“Azərbaycanda son zamanlar parklama və şəhər infrastrukturunun yenilənməsi ilə bağlı bəzi işlər görülüb. Bütün bunlar bu ilin noyabrında Bakıda keçiriləcək COP29-la bağlıdır”.

Xeberdar.net-in məlumatına görə, bunu iqtisadçı Natiq Cəfərli İnzibati Xətalar Məcəlləsinə nəqliyyat, parkalama ilə bağlı yeni cərimlərin salınması və cərimələrin artırılmasını şərh edərkən deyib.

“Son cərimə artırılması ilə bağlı requlyativ orqana irad bildirəndə cavab verilir ki, bu, dünyanın hər yerində var. Doğrudan da, əlilliyi olan insanlar üçün ayrılmış parklama yerlərində kimsə maşını saxlayırsa, dünyanın bir çox yerlərində bu sərt cəzalandırılır. Azərbaycan da bu yolla getməyə çalışır", - o əlavəı edib.

İqtisadçı hesab edir ki, burada problem başqadır: "Söhbət alternativlərin olmamasıdan gedir. Həm parklama, həm avtomobil infrastrukturu ilə bağlı vətəndaşlara alternativlər təklif olunmalıdır. Şəhərdə bir çox yerlərdə yeraltı dayanacaqlar var. Bu dayanacaqların hamısı dövlətə məxsusdur. Amma orada da qiymətləri qaldırıblar. Məntiqlə isə əksinə olmalıdır, dövlət vətəndaşlara daha ucuz təkliflər etməli idi. Bu, olmadı".

N.Cəfərli vurğulayır ki, bir çox ölkələrdə cərimələrin məbləği ilə insanların gəlirləri arasında korrelyasiya mövcuddur: "Dövlətin cərimə təyinetmə mexanizmi minimum əməkhaqqına və yaxud da orta əməkhaqqına bağlıdır. Bizdə belə bağlantı olmadığına görə istədikləri cəriməni təyin edirlər. Təbii ki, bu, doğru deyil. Ümumiyyətlə, ölkədə cərimələrin məbləği və həcmi ilə bağlı bir standart müəyyənləşməlidir. Bu standart minimum əməkhaqqı və minimum təqaüdlə uzlaşmalıdır".

XƏBƏR LENTİ