2022-ci ildə Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun qəbul edilib. 6 fəsil və 30 maddədən ibarət qanunda siyasi partiyaların yaradılması və fəaliyyəti üçün əvvəlki qanunla müqayisədə daha sərt tələblər müəyyən edilib. Əvvəlki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idisə, yeni qanunla bu tələb 5 dəfə artırılıb.
Qanunun qəbul edilməsindən sonra 30-dan çox siyasi partiya fəaliyyətini dayandırıb. Bəzi partiyalar 5000 üzv tələbini yerinə yetirmədiyi üçün qeydiyyata alınmayıb. Hazırda Azərbaycanda 26 siyasi partiya qeydiyyatdadır.
Azərbaycanda partiyaların fəaliyyəti ilə bağlı bəzi məsələlərə Ədliyyə Nazirliyi nəzarət edir. Qeyd edək ki, qanuna əsasən 5000-dən az üzvü olan partiyaların fəaliyyəti dayandırıla bilər.
Bu gün ölkədə fəaliyyət göstərən partiyalar sosial şəbəkələrdə nə qədər aktivdir?
Modern.az bununla bağlı siyasi partiyaların sosial şəbəkə aktivliyini, izləyicilərin sayını araşdırma edib.
Hakim partiya olan Yeni Azərbaycan Partiyası izləyici sayına görə liderdir. Belə ki, YAP-ın Facebook izləyiciləri 96 mindir. İnstagram-da 34,60, X platformasında isə 24080-dir. Partiyanın sosial şəbəkələrdə bəyənmə ortalaması 2-4 mindir.
Azərbaycan Milli İstiqlal Partiyası isə sosial şəbəkələrdən, sadəcə, Facebook-da təmsil olunur. Belə ki partiyanın burada izləyicilərinin cəmi sayı 303-dür. Partiyanın əsas postları təbriklərdən və şərhlərdən ibarətdir. Bəyənmə sayı isə maksimum 50-dir.
Ana Vətən Partiyası isə İnstagram və Facebook-da təmsil olunur. Belə ki, İnstagram-da partiyanın 267 izləyicisi, digər platformada isə 16 min izləyicisi var. Partiyanın bəyənmə sayı 30-100 arasıdır.
Vətəndaş Həmrəyliyi Partiyası da iki platformada çıxış edir. Partiyanın Facebook-da 8 min 600, İnstagram-da 2057 izləyicisi var. Partiyanın sosial şəbəkə hesablarında görüşlər, şərhlər yer alır. Bəyənmə ortalaması isə 50-100 arasındadır.
Müsavat Partiyası isə üç sosial şəbəkə platformasında hesabı var. Partiyanın Facebook-da 22 min, İnstagram-da 29,4 min, X-da isə 1229 izləyicisi var. Bəyənmə ortalaması isə 200-dür.
AĞ Partiya isə əsasən Facebook-da (2,7 min) aktivdir. Əsas məzmun isə partiya sədrinin çıxışlarıdır.
Azərbaycan Ümid Partiyası da iki platformada təmsil olunur. Belə ki, partiyanın İnstagram-da 1218 nəfər, Facebook-da isə 4,5 min nəfər izləyicisi var. Azərbaycan Xalq Cəbhəsi Partiyasının isə X platformasında 3603 nəfər, Facebook-da 10 min izləyicisi var.
Azərbaycan Demokrat Partiyasının isə sadəcə Facebook-da 2,1 min izləyicisi var. Azad Vətən Partiyası ən az izləyiciyə sahib partiyadır. Belə ki, partiyanın Facebook-da 120, İnstagram-da isə cəmi 62 izləyicisi var.
Haqq Ədalət Partiyası 2 min izləyici ilə sadəcə Facebook”da var. Bəyənmə sayı ortalaması isə 100-150-dir.
Gələcək Azərbaycan Partiyası da təkcə “Facebook”da 17 min izləyici ilə təmsil olunur.
Sosial şəbəkələrdə ən aktiv partiyalardan biri isə Respublikaçı Alternativ (REAL) Partiyasıdır. Belə ki, partiya üç platfotmada da var. “Facebook”da 41 min, “İnstagram”da 2753, “X”da isə 55 izləyicisi var.
Milli Cəbhə Partiyasını (MCP) isə “Facebook”da 1,9, “X” da 8734, “İnstagram”da 851 nəfər izləyir.
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) sadəcə “Facebook-da 2,6 izləyiciyə sahibdir. Digər platformalarda təmsil olunmur.
Klassik Xalq Cəbhəsi Partiyasının isə (KXCP) Facebook-da 1,1 min izləyicisi var. Bəyənmə sayı isə aşağıdır.
Böyük Azərbaycan Partiyasının (BAP) Facebook-da 422, Ədalət, Hüquq, Demokratiyasının (ƏHD) 803, Demokratik İslahatlar Partiyasının 1,8 min, Azərbaycan Demokrat Partiyasının 5 min, Vəhdət Partiyasının (VP) isə 1,9 izləyicisi var.
Yeni Zaman Partiyası (YZP) və Azərbaycan Demokratik Maarifçilik Partiyası isə heç bir sosial şəbəkə platformasında təmsil olunmur.