Türkiyə Hələbi ələ keçirsə, o zaman Osmanlı İmperiyasının sərhədlərini bərpa etmək üçün Mosulu və arzuladığı bütün torpaqları ələ keçirməyə hazır olacaq.
Axar.az xəbər verir ki, bu isterik bəyanatı suriyalı erməni jurnalist Ovik Şəhriyan erməni mediasına açıqlamasında Hələbin türkmeyilli qüvvələr tərəfindən nəzarətə alına biləcəyi ehtimalı haqda deyib.
Qeyd edək ki, Hələbi ələ keçirən “Heyət Təhrir əş-Şam”ın tərkibində döyüşən bir qrup türkman Hələbin məşhur tarixi qalasının divarından Türkiyə bayrağını asıb. Bu isə Türkiyə düşmənləri arasında isterikaya səbəb olub.