İranda "Azadlığ"ın əməkdaşına hökm oxundu

59 15-12-2024, 11:05 dunya

İranda "Azadlığ"ın əməkdaşına hökm oxunduTehran İnqilab Məhkəməsi “Azadlıq" radiosunun fars bölməsinin ("Radio Farda") əməkdaşı, İran əsilli ABŞ vətəndaşı Rza Vəlizadəni 10 il müddətinə azadlıqdan məhrum edib.

Xeberdar.net məlumat verir ki, bu barədə onun vəkili Məhəmməd Hüseyn X hesabında məlumat verib.

Məlumatda jurnalistin həbs cəzasından əlavə Tehran və ona qonşu əyalətlərdə yaşamasına, həbs cəzası bitdikdən sonra iki il müddətinə ölkəni tərk etməsinə, ictimai siyasi partiya və qruplara üzv olmasına qadağa qoyulduğu deyilib.

O, “düşmən ABŞ hökuməti ilə əməkdaşlıq"da günahlandırılıb.

XƏBƏR LENTİ