Dünyada insan alveri qurbanlarının sayı artır-BMT

61 16-12-2024, 15:33 dunya

Dünyada insan alveri qurbanlarının sayı artır-BMTDünyada insan alveri qurbanlarının sayı yenidən artır.

Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin 156 ölkəni əhatə edən hesabatında deyilir. Qeyd olunur ki, COVİD pandemiyası dövründə bu göstərici azalsa da, 2022-ci ildə 25 faiz artıb. Əsas səbəblər kimi yoxsulluq, silahlı münaqişələr və iqlim böhranı göstərilir. Hesabatda, xüsusilə uşaqların istismarı və məcburi əmək cinayətlərinin artması vurğulanır.

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin icraçı direktoru Qada Valinin sözlərinə görə, cinayətkarlar getdikcə daha çox adamı məcburi əməyə, o cümlədən mürəkkəb onlayn fırıldaqçılıq və kibercinayətlərə cəlb edir. Qadınlar və qızlar cinsi istismar və gender əsaslı zorakılıq təhlükəsi ilə üzləşirlər. Araşdırmalar göstərir ki, insan alveri qurbanlarının 61 faizi qadınlar və qızlardır.

XƏBƏR LENTİ