Bu səhər İsrail hərbçilərinin Livanın cənubunu atəşə tutması nəticəsində azı 15 nəfər ölüb, 83 nəfər yaralanıb.
Xeberdar.net məlumat verir ki,bu barədə xəbəri Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“60 günlük atəşkəs razılaşmasının müddətinin başa çatması ilə əlaqədar evlərinə qayıtmağa çalışan silahsız sakinlərə düşmən snayperləri atəş açıb. Ölənlər arasında yaşayış yerlərinə qayıdan qaçqınları müşayiət edən Livan ordusunun bir hərbçisi də var”, - deyə bildirilib.