Qazaxıstanda mədən çökdü: 7 işçinin meyiti tapıldı

110 18-02-2025, 09:34 dunya

Qazaxıstanda mədən çökdü: 7 işçinin meyiti tapıldı00:14

Qazaxıstanın Ulıtau vilayətinin Janaarka rayonunda yerləşən "Jomart" mədənində dağ süxurlarının uçması baş verib.

Xeberdar.net Qazaxıstan FHN-in mətbuat xidmətinə istinadən məlumat verir ki, dağıntılar altında mədənin 7 işçisi qalıb.

Hazırda xilasedicilər axtarış-xilasetmə işləri aparırlar.

***

Qazaxıstanın Ulıtau vilayətində mədənin çökməsi nəticəsində ölən yeddinci mədənçinin meyiti xilasetmə qrupları tərəfindən tapılıb.

Bu barədə Qazaxıstan FHN məlumat yayıb.

“Qazaxmıs” MMC-yə məxsus mədəndə aparılan axtarış-xilasetmə işləri zamanı 7 işçinin hamısının meyitləri səthə qaldırılıb və məhkəmə-tibbi ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Qazaxıstan hökuməti olayın səbəblərini araşdırmaq üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə xüsusi komissiyanın yaradıldığını bildirib.

XƏBƏR LENTİ