13:42
Bu gün saat 08:50-də yerinə yetirilməli olan AZAL aviaşirkətinin J2 8230 nömrəli Tiflis-Bakı reysi təxirə salınıb.
Xeberdar.net Teleqraf-a istinadla məlumat verir ki, bu barədə Tiflis aeroportunun məlumatında bildirilib.
Məlumata əsasən, reys bu gün saat 18:00-a təyin olunub.
Reysin təxirə salınmasının səbəbi açıqlanmır.
***
Azərbaycan Hava Yolları (AZAL) QSC-nin J2-8230 nömrəli Tiflis-Bakı reysi texniki səbəblərdən gecikir.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
"AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk", - deyə aviaşirkət bəyan edib.