Rusiyadan görüşlə bağlı açıqlama: Təmas baş tutub...

139 19-02-2025, 10:07 dunya

Rusiyadan görüşlə bağlı açıqlama: Təmas baş tutub...Həm Rusiya, həm də ABŞ dünən Ər-Riyadda keçirilən ikitərəfli danışıqları müsbət və konstruktiv adlandırıb.

Xeberdar.net məlumat verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ən əsası odur ki, təmas baş tutub və hər iki tərəf bunu müsbət, konstruktiv tonda təsvir edir”, - Zaxarova bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya nümayəndə heyətlərinin ötən gün Ər-Riyadda görüşü keçirib.

XƏBƏR LENTİ