Qardaş ölkədə məsciddə dəhşətli partlayış: 4 ölü, 12 yaralı

133 28-02-2025, 14:46 dunya

Qardaş ölkədə məsciddə dəhşətli partlayış: 4 ölü, 12 yaralıPakistanın Akora şəhərində Darul Ulum Haqqaniyyə mədrəsəsinə bağlı məsciddə partlayış baş verib.

Xeberdar.net məlumat verir ki, bu barədə "Geo” telekanalı məlumat yayıb.

Partlayış nəticəsində azı 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Qeyd olunur ki, bu, müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı olduğundan, partlayış zamanı ərazidə çoxlu müsəlman olub.

Darul Ulum Haqqaniyyə mədrəsəsi ölkənin ən böyük islam məktəblərindən biridir.

XƏBƏR LENTİ