İsrailin şimalındakı Hayfa şəhərinin mərkəzi avtovağzalında naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib.
Xeberdar.net-in məlumatına görə, bu barədə İsrail mediası xəbər yayıb.
Məlumata görə, hücum nəticəsində 70 yaşlı kişi ölüb, daha 4 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
“Hayfa avtovağzalına hücum edən şəxs bıçaqdan istifadə edib. Polis qüvvələri hadisə yerindədir, terrorçu zərərsizləşdirilib. Hadisə yeri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, hazırda araşdırma aparılır”, - məlumatda qeyd olunub.