Macarıstan cümə günü AB səfirlərinin görüşündə Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım haqqında sənəd layihəsini əngəlləyib.
Xeberdar.net-in məlumatına görə,bu barədə “Politiko” məlumat yayıb.
Məlumata görə, Budapeşt nümayəndələri icmanın Kiyevə verə biləcəyi təhlükəsizlik təminatları, eləcə də yeni hərbi yardım paketini ehtiva edən Ukraynaya dair sənəd layihəsini rədd edib.