"Azərbaycan və Pakistan arasında strateji münasibətlər ən yüksək səviyyədədir" - bunu Sonxeber.az -a açıqlamasında politoloq Tural İsmayılov deyib:
"Azərbaycan və Pakistan arasında strateji münasibətlər ən yüksək səviyyədədir. Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Eyni zamanda torpaqlarımızın 30 il ərzində işğal altında olduğu dövrdə Pakistan Ermənistanın dövlət kimi hüquqi strukturunu və işğal faktorunu qəbul etməyib. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Pakistan arasında çox dərin qardaşlıq əlaqələri mövcuddur.
Pakistan 44 günlük vətən müharibəsində də, torpaqlarımızı işğaldan azad etdikdən sonra da əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmağa canfəşanlıq göstərib. Qoşulmama hərkatı, İslam Əməkdaşlıq Təşkilatı və BMT çərçivəsində Azərbaycan və Pakistan hər zaman bir-birilərini dəstəkləyibləyiblər. Eyni zamanda Azərbaycan Pakistanın həm ikitərəfli, həm də də Türkiyə ilə birlikdə üçtərəfli çox yaxşı əməkdaşlıq formatları var. Dəfələrlə hər üç ölkənin hərbi rəhbərləri bir araya gəliblər, müxtəlif məsləhətləşmələr, müzakirələr aparıblar. Pakistanın baş naziri Şahbaz Şərifin Bakıya sonuncu səfərində aprel ayında Azərbaycan və Pakistan arasında yeni böyük investisiya layihəsinin razılaşdırılması məsələsində ortaq addımlar atılıb. Mən iki ölkə arasındakı münasibətlərim getdikcə daha da inkişaf edəcəyini düşünürəm".