İranda yanacağın qiyməti artırılır

184 4-03-2025, 14:04 dunya

İranda yanacağın qiyməti artırılırİran hökuməti mart ayından etibarən dizel yanacağının qiymətinin artırılması barədə qərar qəbul edib.

Xeberdar.net-in məlumatına görə, bu barədə “İran İnterneşnl” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, dövlət subsidiyalarının böyük hissəsi ləğv ediləcək və yanacaq bazar qiymətləri ilə satılacaq.

Xatırladaq ki, 2019-cu ildə benzinin qiymətinin oxşar şəkildə artırılması genişmiqyaslı etirazlara səbəb olmuş və bu etirazlar hakimiyyət tərəfindən sərt şəkildə yatırılmışdı. Həmin vaxt 1500-dən çox insanın həlak olduğu güman edilir.

XƏBƏR LENTİ