PUA hücumu: Rusiyanın 6 hava limanı bağlandı

20 Dünən, 10:27 dunya

PUA hücumu: Rusiyanın 6 hava limanı bağlandıUkraynanın PUA hücumu nəticəsində Moskvanın Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanları bağlanılıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə “Rosaviasiya” məlumat yayıb.

“Təhlükəsizliyin təmin olunması məqsədilə Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında təyyarələrin uçuşu və qəbuluna müvəqqəti məhdudiyyət tətbiq edilib”, - məlumatda qeyd olunub.

Məlumata görə, Nijni Novqorod şəhərinin Striqino, Yaroslavl şəhərinin Tunoşna hava limanları da hücum səbəbindən bağlanılıb.

XƏBƏR LENTİ