“Ukrayna lideri Oval kabinetdə baş verən hadisəyə görə üzr istəyib”
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdəki mübahisədən sonra ABŞ Prezidenti Donald Trampdan bağışlanmasını istəyib. Xeberdar.net məlumat verir ki, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Zelenski Trampa üzrxahlıq məktubu göndərib. Xüsusi nümayəndə vurğulayıb ki, “bu, mühüm addımdır”.
“Zelenski Prezidentə məktub göndərib. Ukrayna lideri Oval kabinetdə baş verən hadisəyə görə üzr istəyib. Düşünürəm ki, bu, vacib addım idi. Komandalarımız, ukraynalılar və bu işlə məşğul olan avropalılar arasında çoxlu müzakirələr oldu. Mən bunu tərəqqi adlandırardım”, Vitkoff vurğulayıb.