Həmədan əyalətinin Nəhavənd şəhərindən olan şair və ictimai fəal Əli Cahanian və onun həyat yoldaşı Firiştə Suriyə həbs cəzası verilib.
Xeberdar.net-in məlumatına görə, bu barədə insan haqları təşkilatları xəbər yayıb.
Məlumata görə, Nəhavən şəhərinin İnqilab Məhkəməsi “hökumətə qarşı təbliğat” ittihamına görə onların hər birini 1 il azadlıqdan məhrum edib.
Bundan əvvəl onlara qarşı irəli sürülən “milli təhlükəsizliyə qarşı qrup yaratmaq” ittihamı isə ləğv olunub.