Ötən gün axşam saatlarında rus qüvvələri Dneprə kütləvi raket hücumu həyata keçirib.
Xeberdar.net məlumat verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak xəbər yayıb.
Onun sözlərinə görə, düşmənin hücumu nəticəsində şəhərdə bir neçə yanğın baş verib.
Avtomobillər və infrastruktur obyektlərinə zərbələr nəticəsində partlayışla müşahidə olunan yanğın olub.
O, itkilərin olub-olmadığının araşdırıldığını bildirib.