Britaniya ABŞ-dan əlavə F-35-lər alacaq

230 31-03-2025, 09:44 dunya

Britaniya ABŞ-dan əlavə F-35-lər alacaqBöyük Britaniya, Avropa müttəfiqlərinin Vaşinqtondan həddindən artıq müdafiə asılılığı ilə bağlı narahatlıqlarına baxmayaraq, əlavə olaraq ABŞ-dan F-35 qırıcıları alacaq.

Xeberdar.net məlumat verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.

London bundan əvvəl Kral donanmasının iki təyyarədaşıyan gəmisi üçün 48 ədəd F-35B qırıcısı sifariş edib. Onlardan 37 ədədi artıq alınıb.

Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti indi ölkənin hərbi büdcəsinin artması fonunda klassik F-35A-ların alınması imkanını nəzərdən keçirir. Təyyarələrin 20 il əvvəl istifadəyə verilmiş "Tayfun" (Eurofighter Typhoon) qırıcılarını qismən əvəz edəcəyi gözlənilir.

XƏBƏR LENTİ