Qəzzada HƏMAS-ın bir km-lik tuneli məhv edildi

247 31-03-2025, 19:10 dunya

Qəzzada HƏMAS-ın bir km-lik tuneli məhv edildiİsrail ordusu Qəzzada HƏMAS-ın bir kilometr uzunluğunda tunelini məhv edib.

Xeberdar.net məlumat verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“252-ci diviziyanın komandanlığı altında olan “Yahvlom” mühəndis bölməsinin keçirdiyi hərbi əməliyyatlar çərçivəsində HƏMAS terror təşkilatının bir kilometr uzunluğunda tuneli məhv edilib. Bundan əlavə, qoşunlar mərmi və buraxılış qurğularının istehsalı üçün bir emalatxana aşkarlayıblar”, - məlumatda qeyd olunub.

Əməliyyat zamanı 50-dən çox terrorçu da məhv edilib.

XƏBƏR LENTİ