Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi Bələdiyyəsinin Mamxuti (Saraçlı) kəndində 70 yaşlı qadın yaşadığı evdə ölü tapılıb.
Xeberdar.net APA-ya istinadən məlumat verir ki, qadının meyitini tapan kənd sakinləri ətrafda qan izləri gördüklərini bildiriblər.
Yaşlı qadının evdə tək yaşadığı bildirilib.
Hadisə yerinə polis cəlb olunub, meyit ekspertizaya aparılıb.