Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində 56 ədəd Ukrayna PUA-sını məhv edib.
Xeberdar.net məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Voronejdə 27, Belqorodda 12, Azov dənizi üzərində 12, Krımda 3, Rostov vilayəti və Krasnodar diyarı üzərində isə 1 ədəd PUA vurulub.