İsrail gecə saatlarında Tehrandakı hərbi və nüvə obyektlərinə zərbələr endirib

72 20-06-2025, 10:14 dunya

İsrail gecə saatlarında Tehrandakı hərbi və nüvə obyektlərinə zərbələr endiribsrail Müdafiə Qüvvələri ötən gecə Tehranda hərbi təyinatlı raketlərin istehsal edildiyi və nüvə tədqiqatlarının aparıldığı obyektlərə zərbələr endirib.

APA-nın məlumatına görə, bu barədə adıçəkilən ölkənin ordusunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 60-dan çox qırıcının iştirak etdiyi hava reydi kəşfiyyat məlumatlarına əsaslanıb və bu zaman 120 ədəd raketdən istifadə olunub.

İsrail Ordusundan həmçinin qeyd olunub ki, əməliyyat nəticəsində İran tərəfindən buraxılmış 4 ədəd pilotsuz uçuş aparatı sıradan çıxarılıb.

Eyni zamanda İranın Müdafiə Sahəsində Tədqiqatlar və İnnovasiya Mərkəzi də aviazərbələrə məruz qalıb.

Qeyd edək ki, bu mərkəz 2011-ci ildə İranın nüvə proqramının banisi hesab edilən Mohsen Fəxrizadə tərəfindən təsis edilib.

XƏBƏR LENTİ