Qaxa istirahətə gedən iş adamının meyiti tapıldı

148 7-07-2025, 11:34 cemiyyet / hadise

Qaxa istirahətə gedən iş adamının meyiti tapıldıQaxda istirahətdə olan Bakı sakini evdə ölü tapılıb.

Xeberdar.net Oxu.az-a istinadən məlumat verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib.

Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elçin Məmmədov Qax rayonundakı evinə istirahət məqsədilə gedib. Dünən axşam saatlarında onun yaşadığı evdə meyiti aşkar edilib.

Məlumata görə, əslən Qax rayonundan olan E.Məmmədov Bakıda bizneslə məşğul imiş. O, bir neçə gün öncə istirahət məqsədilə rayondakı evinə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ