ABŞ Silahlı Qüvvələrinin Rusiya sərhədləri yaxınlığında keçirilən irimiqyaslı təlimlərində ölkə hərbçilərinin iştirakı ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə kəskin etiraz edilib.
Xeberdar.net məlumat verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumatında bildirilib.
“İyulun 16-da ABŞ Silahlı Qüvvələrinin iyulun 9-dan avqustun 4-dək Rusiyanın Uzaq Şərq sərhədlərində, hərbi-təlim bazaları yaxınlığında keçiriləcək “Resolute Force Pacific” irimiqyaslı təlimləri ilə əlaqədar Yaponiya səfirliyinə qəti etiraz bildirilir”, - deyə XİN-nin açıqlamasında deyilir.