15:09
İranın Fars əyalətində sərnişin avtobusu aşıb.
Xeberdar.net məlumat verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər isə ağır xəsarət alıb.
***
İranın Fars əyalətində Firuzabad və Kəvar şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Məsud Abid məlumat verib.
M.Abid həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb.
***
İranda avtobusun aşması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Bu barədə İran mediası məlumat yayıb.
Qəza zamanı 34 nəfər də yaralanıb.