Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Maka Boçorişvili arasında geniş tərkibdə görüş keçirilir.
Xeberdar.net məlumat verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata əsasən, görüşdə energetika, nəqliyyat, regional bağlılıq, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunur.
Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də diqqət yetirirlər.