Ağstafada 33 yaşlı kişi bıçaqlandı

339 6-08-2025, 22:05 cemiyyet / kriminal

Ağstafada 33 yaşlı kişi bıçaqlandıAğstafada bıçaqlanma hadisəsi baş verib.

Xeberdar.net məlumat verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü E.Əlizadə bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.