Ukrayna kəşfiyyatının bazası vuruldu: 15 ölü, 100 yaralı

145 12-08-2025, 15:15 dunya

Ukrayna kəşfiyyatının bazası vuruldu: 15 ölü, 100 yaralıRusiya ordusu Ukrayna Baş Kəşfiyyat İdarəsinin Kropivnitski şəhərindəki təlim düşərgəsinə zərbələr endirib.

Xeberdar.net məlumat verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla xəbər yayıb.

“Zərbələr nəticəsində Danimarka, Kolumbiya, ABŞ, Tayvan və digər ölkələrdən olan 10-ə yaxın muzdlu döyüşçü həlak olub”, - məlumatda bildirilib.

Mənbənin məlumatına görə, zərbələr əcnəbi döyüşçülərin nahar etdikləri zaman endirilib.

“Bu, indiyə qədər gördüyüm ən dəhşətli partlayış idi”, - Floridadan olan muzdlu döyüşçülərdən biri nəşrə açıqlamasında deyib.

Döyüşçü ən azı 15 nəfərin öldüyünü, 100-ə yaxın yaralananın olduğunu bildirib.

XƏBƏR LENTİ