Biz NATO-nun düşməniyik, hər şey edəcəyik - Kreml

99 5-09-2025, 12:29 dunya

Biz NATO-nun düşməniyik, hər şey edəcəyik - KremlXarici kontingentlərin Ukraynada Rusiya sərhədləri yaxınlığında olması təhlükəlidir.

Xeberdar.net məlumat verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz sərhədlərimizə yaxın Ukrayna torpaqlarında beynəlxalq qüvvələrin və ya bəzi xarici qüvvələrin, NATO ölkələrinin qüvvələrinin olmasını özümüz üçün təhlükə kimi görürük”, - o bildirib.

Peskov əlavə edib ki, avropalı nümayəndələr Ukrayna ərazisinə Avropa qoşunlarını yerləşdirməklə onun təhlükəsizliyini təmin etməkdən danışır:

“Bir ölkənin təhlükəsizliyini digər ölkənin təhlükəsizliyini məhv etməklə təmin edə bilməzsiniz. Bu, Ukrayna münaqişəsinin həllinə yaxınlaşmağa kömək etməyəcək. Biz NATO-nun düşməniyik. NATO sənədlərində belə yazılıb. Təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”.

Qeyd edək ki, Putin NATO qüvvələrinin Ukraynaya gələcəyi halda onlara hücum ediləcəyini bildirib.

XƏBƏR LENTİ