16 yaşlı şəxsin hücumu nəticəsində 6 polis yaralanıb
Türkiyənin İzmir şəhərində polis bölməsinə silahlı hücum olub. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, 16 yaşlı şəxs tüfənglə polisləri güllələyib.
Hücum nəticəsində 2 polis həlak olub. Hadisə nəticəsində 6 polis yaralanıb.