THY İdarə Heyəti “Boeing”dən 75 ədəd “B-787-9” və “B-787-10” tipli təyyarənin alınmasına qərar verib
“Türk Hava Yolları” (THY) aviaşirkəti 2035-ci ilə qədər inventarını tamamilə yeni nəsil təyyarələrlə təhciz etməyi hədəfləyir. Xeberdar.net məlumat verir ki, bununla bağlı aviaşirkət xəbər yayıb.
Qeyd edilib ki, THY İdarə Heyəti 2029–2034-cü illər arasında təhvil alınmaq şərti ilə Amerika təyyarə istehsalçısı “Boeing”dən 75 ədəd “B-787-9” və “B-787-10” tipli təyyarənin alınmasına qərar verib.
Açıqlamada, həmçinin 150 ədəd “737-8/10 MAX” tipli təyyarənin alınması məsələsində də “Boeing” ilə aparılan danışıqların tamamlandığı qeyd olunub. Bu sifarişlərin dəqiqləşməsi mühərrik istehsalçısı “CFM International” ilə aparılan danışıqların uğurla başa çatması nəticəsində mümkün olub.