Rusiyanın 8 vilayətinə PUA hücumu edildi

87 28-09-2025, 12:37 dunya

Rusiyanın 8 vilayətinə PUA hücumu edildiRusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 41 PUA vurub.

Xeberdar.net məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Məlumata görə, Kurskda 12, Bryanskda 10, Belqorodda 8, Tulada 4, Yaroslavlda 3, Rostovda 2, Novqorod və Samarada isə 1 PUA zərərsizləşdirilib.

XƏBƏR LENTİ