İsrail Qəzzaya humanitar yardımların çatdırılmasına qarşı əməliyyat keçirəcək?

59 1-10-2025, 14:48 dunya

İsrail Qəzzaya humanitar yardımların çatdırılmasına qarşı əməliyyat keçirəcək?“İsrail Hərbi Dəniz Qüvvələri Sumud Donanmasının əməliyyatlarına müdaxilə etməyə və gəmiləri ələ keçirməyə hazırlaşır”

İsrail ordusu blokadanın yarılmasının və Qəzza zolağına humanitar yardımın çatdırılmasının qarşısını almaq üçün Sumud Qlobal Donanmasının gəmilərinə qarşı əməliyyat hazırlayır. Xeberdar.net məlumat verir ki, bu barədə oktyabrın 1-də “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Sumud Donanması Qəzzadan təxminən 150 dəniz mili məsafədədir və təxminən 50 gəmi "müdaxilə zonasına" yaxınlaşır.

“İsrail Hərbi Dəniz Qüvvələri Sumud Donanmasının əməliyyatlarına müdaxilə etməyə və gəmiləri ələ keçirməyə hazırlaşır”, - nəşr yazıb.

Donanma fəallarını saxlamaq və daha sonra onları İsrailin cənubundakı Aşdod limanına aparmaq üçün əməliyyat bölgəsinə dəniz gəmisi göndəriləcək.

Planlara görə, Sumud Donanmasının gəmilərinin bir hissəsi Aşdoda aparılacaq.