
Beləliklə, 3 oktyabr 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda taleyüklü mərhələ oldu. Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi ilə müstəqilliyimiz real məzmun qazandı, dövlətçilik ənənələri bərpa olundu, hüquqi dövlətin əsası qoyuldu, ordu quruculuğu təmin edildi, iqtisadi inkişafın təməli atıldı, Azərbaycançılıq ideologiyası dövlətin əsas dayağına çevrildi. Bu gün Azərbaycan Respublikasının möhkəm, güclü və nüfuzlu dövlət kimi mövcudluğu məhz 1993-cü ilin 3 oktyabrında xalqın öz xilaskar liderinə verdiyi etimadın bəhrəsidir.
Milli Məclisin Deputatı
Şahin Seyidzadə
Xəbərin müəllifi: Mirzə Mirzəli