Ersin Tatar: "KKTC tanınmalıdır, Federasiya kitabı bağlandı"

78 2-10-2025, 21:07 dunya

Ersin Tatar: "KKTC tanınmalıdır, Federasiya kitabı bağlandı"
Prezident Ersin Tatar Nyu Yorkdakı görüşlərindən sonra vətənə dönərək Ercan hava limanında açıqlamalar verib. Tatar, federasiya variantının artıq gündəmdə olmadığını və yeganə həll yolunun iki dövlət münasibətlərində olduğunu bildirib.

Tatar, Kipr Rum tərəfinin maneə törətdiyini vurğulayaraq, keçid məntəqələrinin açılmadığını, qarışıq nikahlardan doğulan uşaqlara vətəndaşlıq verilmədiyini, şimala sərmayə yatıranların cənubda saxlanıldığını BMT Baş katibinə çatdırdığını vurğuladı.

Tatar, “Embarqolara və haqsız təcridə son qoyulmalıdır” deyən prezident Ərdoğanın BMT kürsüsündən KKTC-nin tanınması çağırışını “önəmli və tarixi bir addım” olaraq qiymətləndirdi.