Türkiyədə MOSSAD üzvü saxlanıldı

50 3-10-2025, 11:12 dunya

Türkiyədə MOSSAD üzvü saxlanıldıTürkiyədə İsrailin kəşfiyyat təşkilatı olan MOSSAD-a işlədiyi müəyyən edilən Sərxan Çiçək saxlanılıb.

Xeberdar.net məlumat verir ki, bu barədə “Haber7” xəbər yayıb.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, əsl adı Məhəmməd Fateh Keleş olan Sərxan Çiçəyin iş həyatında xeyli borcu yığıldığı üçün adını dəyişib. Daha sonra MOSSAD üzvü ilə anlaşaraq İsrailin Yaxın Şərq siyasətinə qarşı çıxan bir fələstinli fəalın casusluğunu edib.

Ancaq verilən tapşırıqları icra edə bilməyən Çiçək 03.08.2025-ci ildə MOSSAD-la əlaqələrini kəsib.