Çin neft müqabilində İran üçün infrastruktur qurur

133 6-10-2025, 15:06 dunya

Çin neft müqabilində İran üçün infrastruktur qururİran neftinin Çinə tədarükü barter sistemi ilə həyata keçirilir

İran neftinin Çinə tədarükü barter sistemi ilə həyata keçirilir və bu sistem çərçivəsində Çin İranda infrastruktur qurur. Xeberdar.net məlumat verir ki, bu barədə Qərb rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Onların sözlərinə görə, İranın neft tədarükü prosesində Çinin “Sinosure” sığorta şirkəti və “Chuxin” maliyyə qurumu iştirak edir. Bu əməliyyatlar beynəlxalq bank sistemindən yan keçir və vəsaitlərin bir hissəsi infrastruktur tikintisinin maliyyələşdirilməsinə yönəldilir.

Ötən il İran nefti üçün təqribən 8,4 milyard dollar ödəniş Çinin İranda inşa etdiyi iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf edilib.

Nəşr yazıb ki, Çin əsrin əvvəlindən İranda infrastruktur tikintisinə təxminən 25 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Üstəlik, Çinin İslam Respublikasında infrastruktur işlərinin həcmi 2021-ci ildən artıb.

İnfrastruktur tikintisinə kömək etməklə yanaşı, İran neft gəlirlərindən birbaşa Çin mallarını almaq üçün istifadə edir.

XƏBƏR LENTİ