Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat" sosial media platformalarına giriş məhdudlaşdırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə "NetBlocks" internet monitorinq xidmətinin məlumatında deyilir.
“Məlumatlar göstərir ki, "Instagram", "Facebook" və "Snapchat" sosial media platformaları hazırda Əfqanıstanda bir neçə provayder tərəfindən məhdudlaşdırılıb”, – deyə xidmətdən bildirilib.
Bu, keçən həftə ölkədə telekommunikasiyaya kəsilməsindən sonra baş verir.
Sentyabrın sonunda bildirilib ki, ölkə hakimiyyəti əxlaqı qorumaq üçün tədbirlər həyata keçirərkən Əfqanıstanda internetin tamamilə bağlanması qeydə alınıb. Telefon xidmətinin kəsilməsi ilə bağlı xəbərlər də həmin vaxt ortaya çıxıb.