İranın Kərəc, Məşhəd, Şiraz, Amol və Taybad şəhərlərinin həbsxanalarında 17 məhbus edam edilib.
Xeberdar.net məlumat verir ki, bununla bağlı insan haqları təşkilatları xəbər yayıb.
Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.
Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1093-ə çatıb, onlardan 30-u qadındır.