Kürəkən qayınatasını bıçaqlayıb, 4 saat polisə müqavimət göstərdi

12 Bu gün, 13:10 dunya

Kürəkən qayınatasını bıçaqlayıb, 4 saat polisə müqavimət göstərdiTürkiyənin Nevşehir şəhərində ailə münaqişəsi faciəvi hadisəyə çevrilib.

Xeberdar.net türk mediasına istinadən məlumat verir ki, Muammer S. adlı şəxs qayınatası S.G.-ni bıçaqlayıb yaraladıqdan sonra evinə qapanaraq polisə təslim olmağa 4 saat boyu müqavimət göstərib.
Hadisə gecə saat 23:30 radələrində Mehmet Akif Ersoy məhəlləsinin Yavuz Sultan Selim küçəsində, 10 mərtəbəli binada baş verib. İddiaya görə, Muammer S. həyat yoldaşı və övladı ilə birlikdə qayınatası S.G.-nin evinə qonaq gedib. Lakin aralarında baş verən mübahisə qısa zamanda davaya çevrilib. Qarşıdurma zamanı Muammer S. bıçaqla qayınatasını qolundan yaralayıb.

Hadisədən sonra kürəkən təkbaşına öz evinə qayıdıb, həyat yoldaşı isə uşağı ilə birlikdə atasını xəstəxanaya aparıb. Yaralı S.G. müalicəyə götürülüb, qızı isə ərindən polisə şikayət edib.

Şikayət əsasında hadisə yerinə gələn polis əməkdaşları Muammer S.-nin evinə daxil olmaq istəyiblər, lakin o, qapını açmaqdan imtina edib, pəncərədən söyüş və təhdirlər səsləndirərək, aşağıda toplanan insanlara dibçək atmağa başlayıb.

Evdə onunla birlikdə anası və azyaşlı qızı da olub. Polis şübhəlini ailə üzvlərinə zərər verməməsi üçün sakitləşdirməyə çalışıb. Təxminən 4 saat davam edən danışıqlardan sonra Muammer S. nəhayət saxlanılıb.

Hadisə ilə bağlı istintaq davam etdirilir.